ƏMRAH ÇƏLİKƏL: "YAYIM ÜÇÜN 10 GÜN YOX, 3 SAAT İŞLƏMƏK KİFAYƏTDİR"

ƏMRAH ÇƏLİKƏL: "YAYIM ÜÇÜN 10 GÜN YOX, 3 SAAT İŞLƏMƏK KİFAYƏTDİR"
Futbol
17 Avqust 2016 - 19:58

"Qöteborq" - "Qarabağ" oyunun verilməyəcəyi ilə bağlı, CBC sport-un bəyanatı hər kəsə məlumdur. Amma az əvvəl Əmrah Çəlikəl öz şəxsi facebook hesabından oyunun yayımlanacağını açıqlayıb.


Supersport.Az xəbər verir ki, Əmrah bəy həm də, yazdığı statusunda CBC sport-un məlum bəyanatınada cavab verməyi unutmayıb.

"Azersun-Holding artıq 15 ildi təmənnasız "Qarabağ" futbol klubuna yüksək səviyyədə sponsorluq edir. Bir oyunun canlı yayımından əldə olunacaq gəlirlə varlı olmayacaq. Söhbət əsla puldan və ya qazancdan gedə bilməz. Bizlər bir-birimizə dəstək olmaqla sadəcə daha irəli gedə bilərik. Odur ki, "Qarabağ"  UEFA oyunlarına ticari bir gəlir mənbəyi kimi baxmır. Ölkə futboluna verə biləcəyi faydaları fikirləşir. Gördüyünüz kimi oyunun Azərbaycanda yayımı üçün 10 gün yox, 3 saat səmərəli işləmək kifayət etdi".

 

Digər xəbərlər