DAHA BİR İDMANÇIMIZ FİNALA VƏSİQƏ QAZANDI

DAHA BİR İDMANÇIMIZ FİNALA VƏSİQƏ QAZANDI
Olimpiya, Rio-2016, Digər
17 Avqust 2016 - 18:10
Rio Olimpiadasında avarçəkmə yarışları davam edir.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan  kayakçısı İnna Osipenko-Radomskaya 500 metr məsafəyə yürüşə başlayıb.

34 yaşlı idmançı 1 nəfərlik kayak qayığı  ilə seçmə yürüşdə finişə 1 dəqiqə 51,750 saniyəyə çatıb.

Bununla da Osipenko-Radomskaya yürüşün qalibi olaraq, yarımfinala adlayıb. Milliləşdirilmiş legioner bu mərhələdə də uğurlu nəticə qazanaraq finala yüksəlib. Onun mükafat qazanması üçün finalda ilk üçlüyə daxil olması lazımdır.

Digər xəbərlər