TAEKVONDÇULARIMIZIN RİO-2016-DA İLK RƏQİBLƏRİ BƏLLİ OLDU

TAEKVONDÇULARIMIZIN RİO-2016-DA İLK RƏQİBLƏRİ BƏLLİ OLDU
Olimpiya, Rio-2016, Digər
17 Avqust 2016 - 13:03


Rio-2016 XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında Azərbaycan idmançılarının birinci mərhələdəki rəqibləri müəyyənləşib.

Supersport.Az-ın Azərtac-a istinadən yaydığı xəbərə görə, Azərbaycan taekvondoçuları yarışlara səkkizdəbir final mərhələsindən qoşulacaqlar.

Braziliyada tam heyətlə təmsil olunacaq komandamızda qadınların yarışında Avropa çempionatının gümüş medalçısı, birinci Avropa Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova (49 kq) serbiyalı Tiyana Boqdanoviç ilə üz-üzə gələcək. Avqustun 17-də keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.

Avqustun 19-da isə dayanq üzərinə iki taekvondoçumuz çıxacaq. Birinci Avropa Oyunlarının qalibi Milad Beiqi Harçeqani (80 kq) malili İsmael Koulibali ilə qarşılaşacaq. Bu döyüş saat 17:15-də start götürəcək.

Həmin gün qadınların yarışında mübarizəyə qoşulacaq birinci Avropa Oyunlarının gümüş mükafatçısı Fəridə Əzizova (67 kq) ilk döyüşündə ABŞ idmançısı Payqe Makferson ilə qarşılaşacaq. Görüş saat 18:30-da start götürəcək. Fəridə Əzizova Olimpiya Oyunlarında ölkəmizi ikinci dəfə təmsil edəcək.

Dünya və qitə çempionu, “Bakı-2015”in qalibi Radik İsayev (80 kiloqramdan yuxarı) isə avqustun 20-də qazaxıstanlı Ruslan Japarovu sınağa çəkəcək. Bu döyüş saat 19:45-da keçiriləcək.

Olimpiadada ölkəmiz ilk dəfə olaraq dörd idmançı - iki kişi və iki qadın taekvondoçu ilə təmsil ediləcək. Taekvondo üzrə Azərbaycan yığması birinci Avropa Oyunlarında, sonuncu dünya və Avropa çempionatlarında, dünya kuboku yarışlarında uğurla çıxış edib.

Digər xəbərlər