"QƏBƏLƏ"DƏN AZARKEŞLƏRİNƏ JEST

"QƏBƏLƏ"DƏN AZARKEŞLƏRİNƏ JEST
Futbol
17 Avqust 2016 - 00:32
Avropa Liqasının play-off mərhələsi çərçivəsində 18 avqustda Mərdəkanda - "Dalğa Arena"da keçiriləcək "Qəbələ" - "Maribor" oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin etmək üçün ayrılacaq avtobusların marşrutu müəyyənləşib. Supersport.Az xəbər verir ki, avtobuslar saat 18:00-dan etibarən Gənclik metrostansiyası yaxınlığındakı ərazidən hərəkətə başlayacaq. Ən son avtobusun sözügedən məkandan saat 19:30-da çıxması planlaşdırılır.

Geri dönüş çıxış nöqtəsi "Dalğa Arena" olmaqla Koroğlu-Gənclik-20 yanvar metrostansiyaları marşrutu üzrə həyata keçiriləcək. Qeyd edək ki, avtobuslar komfortlu "Baku Bus" avtobuslarıdır.

Bundan əlavə, metronun gecə saat 01:00-dək fəaliyyət göstərməsi üçün Bakı Metropoliteninə rəsmi müraciət ünvanlanıb və razılıq əldə edilib.

Digər xəbərlər