RİO-2016: 7 İDMANÇIMIZ MÜBARİZƏ APARACAQ

RİO-2016: 7 İDMANÇIMIZ MÜBARİZƏ APARACAQ
Olimpiya, Rio-2016, Digər
17 Avqust 2016 - 12:14
Braziliyada keçirilən Yay Olimpiya Oyunları davam edir.

Supersport.Az-ın məlumatına görə, turnirin 13-cü günündə 7 idmançımız mübarizə aparacaq.

16:37. Kanoedə Valentin Demyanenko start xəttinə çıxacaq.
17:00 49 kq-da taekvondoçu Patimat Abakarova 1/8 finalda Tiyana Boqdanoviçlə qarşılaşacaq.
17:05 Atlet Hayle İbrahimov 5000 metr məsafəyə qaçış yarışında iştirak edəcək.
17:19 Kayakçı İnna Osipenko-Radomskaya 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşə çıxacaq.
17:48 Azərbaycanın qadın güləşçilərindən Mariya Stadnik 48 kq. çəki dərəcəsində ilk görüşünü keçirəcək. 1/8 finalda rəqibi Patrisia Alexandra Bermudes olacaq.
17:56 Güləşçimiz Yuliya Ratkeviç 58 kq. çəkidə 1/8 final qarşılaşmasında çıxış edəcək. O, ukraynalı Oksana Herhellə üz-üzə gələcək.
22:30 Boksçu Elvin Məmişzadə 52 kq. çəki dərəcəsində özbək Şaxobidin Zoirovla 1/4 final görüşündə üz-üzə gələcək. Məmişzadə qələbə qazansa, yarımfinala yüksələrək, ən azı bürünc medalı özünə təmin edəcək.

Digər xəbərlər