ROMAN QRİQORÇUK VƏ DARKO MİLANİÇ SUALLARI CAVABLANDIRACAQ

ROMAN QRİQORÇUK VƏ DARKO MİLANİÇ SUALLARI CAVABLANDIRACAQ
Futbol
16 Avqust 2016 - 16:43
Supersport.Az-ın məlumatına görə, avqustun 18-i UEFA Avropa Liqasının "play-off" mərhələsinin ilk oyununda "Qəbələ" Sloveniyanın "Maribor" komandasını qəbul edəcək.
"Dalğa Arena"da baş tutacaq qarşılaşma öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - avqustun 17-də saat 19:30-da arenanın media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə "Maribor"un baş məşqçisi Darko Milaniç çıxacaq. 20:30-da isə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.
Komandaların oyunöncəsi son məşqi isə fərqli məkanlarda baş tutacaq. "Maribor" saat 20:00-da "Dalğa Arena"da, "Qəbələ" isə 18:30-da Olimpiya stadionunun məşq meydançasında hazırlıqlarını tamamlayacaq.

 

Digər xəbərlər