İNNA OSİPENKO-RADOMSKAYANIN RİO-2016-DA FİNAL YÜRÜŞÜ

İNNA OSİPENKO-RADOMSKAYANIN RİO-2016-DA FİNAL YÜRÜŞÜ
Olimpiya, Rio-2016
16 Avqust 2016 - 13:45


Bu gün Rio Olimpiadasında kayak yarışlarında final yarışları keçiriləcək.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi İnna Osipenko-Radomskaya bu mərhələdə mübarizə aparacaq.

1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafədə çıxış edən 34 yaşlı idmançımızın həlledici yürüşdə rəqibləri İnna Klinova (Qazaxıstan), Linnea Stensils (İsveç) , Sarah Quyot (Fransa), Liza Karrinqton (Yeni Zelandiya),  Marta Valçikeviç (Polşa), Tereza Rivas Portela (İspaniya) və Spela Yaniç Ponomarenko (Sloveniya) olacaq.

Digər xəbərlər