"QƏBƏLƏ" - "MARİBOR": BİLETLƏR SATIŞDA

"QƏBƏLƏ" - "MARİBOR": BİLETLƏR SATIŞDA
Futbol
16 Avqust 2016 - 06:16
UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Maribor" (Sloveniya) oyununun biletləri satışa çıxarılıb.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, avqustun 18-də "Dalğa Arena"da (Mərdəkan) keçiriləcək "Qəbələ" - "Maribor" matçı saat 21:00-da başlayacaq.

Digər xəbərlər