MUSLERA "QALATASARAY"A KUBOKU BELƏ QAZANDIRDI - VİDEO

MUSLERA "QALATASARAY"A KUBOKU BELƏ QAZANDIRDI - VİDEO
Futbol, Video
14 Avqust 2016 - 07:03
Türkiyə Superkubokunun sahibinin adına aydınlıq gəlib.

Supersport.Az xəbər verir ki, həlledici matçda "Qalatasaray" və "Beşiktaş" komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 0 - 0 hesablı bərabərliklə başa çatıb.

Əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqlənə biliblər. Buna görə də qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq olan "Qalatasaray" 3 - 0 hesabı ilə qalib gələrək Superkuboku muzeyinə aparıb.

 

"Beşiktaş" - "Qalatasaray" 1:1

QOLLAR: Hakan Balta, 100 - Aurelian Çedju, 107 (öz qapısına)

Penaltilər: 0 - 3

 

Digər xəbərlər