TÜRKİYƏ SUPERKUBOKUNU "QALATASARAY" QAZANDI

TÜRKİYƏ SUPERKUBOKUNU "QALATASARAY" QAZANDI
Futbol
14 Avqust 2016 - 00:24


Türkiyə superkubokunun qalibi bəllli olub.

Supersport.Az-ın məlumatına görə, həlledici oyunda son çempion “Beşiktaş”la  ölkə kubokunu qazanan “Qalatasaray” üz-üzə gəlib.

Konyadakı "Torku Arena"da keçirilən  görüşün əsas vaxtı qolsuz, əlavə vaxtı isə 1:1 hesabı ilə başa çatıb. Buna görə də penaltilərə ehtiyac duyulub. Burada daha dəqiq olan "Qalatasaray" superkuboku qazanıb.
13 avqust

Türkiyə superkuboku

“Beşiktaş” – “Qalatasaray” – 1:1 (Penaltilər -  0:3 )
Qollar:
Hakan Balta, 100 (0:1), Şedju, 107-avtoqol (1:1)

Digər xəbərlər