ŞAHİN DİNİYEV: "MEYDANDA ÖLÜM HADİSƏSİ OLA BİLƏRDİ"

ŞAHİN DİNİYEV: "MEYDANDA ÖLÜM HADİSƏSİ OLA BİLƏRDİ"
Futbol
13 Avqust 2016 - 21:21
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının II turu çərçivəsində keçirilən "Kəpəz" - AZAL oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini bildirib.

"İlk hissədə futbol yox idi. Meydançada qaçmaq yox, dayanmaq problem idi. Avropa Liqasından sonra çempionata köklənməkdə çətinlik çəkirik. 40 dərəcədə meydana çıxıb vuruşan futbolçularıma təşəkkür edirəm. AZAL-ı da təbrik edirəm. Qarşısına qoyduğu məqsədə çatıb, xal qazandı. Bir neçə turdan sonra özümüzə gələcəyik. Öz üzərimizdə çalışmalıyıq. İnşAllah, növbəti oyunlarda azarkeşlərimizi sevindirərik".

- Bəli, hava həqiqətən də isti idi. Heç media sektorda da oturmaq olmurdu. Qarşılaşmanın axşam saatlarında keçirilə bilməməsinin səbəbi də arenada projektorların olmamasıdır. Bəlkə, yay bitənə qədər Bakıya köçəsiniz?
- Oyun saat 6-a çəkilsəydi, daha yaxşı olardı. Gəncədən getmək istəmirik. Çətin də olsa oynamağa məcburuq. Özüm günün altında dayanmamaq üçün yer axtarırdım. Buna görə də futbolçuları da qınamıram. Belə havada ölüm hadisəsi baş verə bilərdi.

- Hakimlik barədə nə deyə bilərsiz?

- Hakimlər barədə danışmaq istəmirəm. Yaxşı futbol oynamamağımızın səbəbi hava şəraiti ilə bağlıdır.

- Komandanın qol ümidi olan Julien Ebah uzun müddətdi fərqlənə bilmir...

- Ebah çalışır, amma qol vura bilmir. Psixoloji təzyiq altındadı. Özünə gəlməsi üçün ona bir qol kifayət edəcək.

Digər xəbərlər