HAKAN ŞÜKÜRÜN ATASI HƏBS EDİLDİ

HAKAN ŞÜKÜRÜN ATASI HƏBS EDİLDİ
Futbol
13 Avqust 2016 - 10:16
Türkiyə yığması və “Qalatasaray” klubunun məşhur futbolçusu olmuş Hakan Şükür və atası Semet Şükürun saxlanılması barədə qərar verilib.

Supersport.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sakarya Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETO) ilə bağlı aparılan istintaq çərçivəsində dünən belə qərar verib.

Sakarya Polis İdarəsinin əməkdaşları hazırda ABŞ-da yaşayan H.Şükürün İstanbuldakı evində axtarış aparıblar. Semet Şükür Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində həbs edilib.

Digər xəbərlər