REKORDLARIN ADAMI: MAYKL FELPS

REKORDLARIN ADAMI: MAYKL FELPS
Olimpiya, Rio-2016
12 Avqust 2016 - 19:40

XXXI Yay Olimpiya Oyunlarında amerikalı Maykl Felps daha bir uğura imza atıb. Supersport.Az-ın məlumatına görə, tanınmış idmançı 22 qat olimpiya çempionu olub. Maykl 200 metrə üzməkdə fərqlənib. Oyunların 22 qızıl medalından üçünü o, Rio-de-Janeyroda qazanıb. İlk olimpiya mükafatına o, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında sahib çıxıb. Onun aktivində ümumilikdə 26 olimpiya medalı var (22 qızıl, 2 gümüş və 2 bürünc). O, Oyunlarda qazanılan ümumi, eləcə də qızıl medallar üzrə mütləq çempiondur.

Digər xəbərlər