EKSKLÜZİV - HAFİZ MƏMMƏDOV QƏRAR VERDİ: "BAKI" BİRİNCİ LİQADA OYNAYACAQ

EKSKLÜZİV - HAFİZ MƏMMƏDOV QƏRAR VERDİ: "BAKI" BİRİNCİ LİQADA OYNAYACAQ
Futbol, Eksklüziv
11 Avqust 2016 - 12:52
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Bakı" yenidən birinci liqada iştirak etməyi planlaşdırıb.

Peşəkar Futbol Liqası I divizionunda çıxış etmək istəyən klublara vaxt qoyub. Komandalar tələb olunan sənədləri avqustun 15-dək PFL-in müvafiq departamentinə təqdim etməlidirlər. Buna uyğun olaraq, I divizion iştirakçılarının sayı müəyyənləşəcək. Bu prosedur başa çatdıqdan sonra yarışın püşkatmasının tarixi məlum olacaq.

Əməkdaşımıza verilən məlumata görə, "Bakı"nın prezidenti Hafiz Məmmədov klubun birinci liqada iştirakı üçün lazımi tədbirlər görüləcəyini bildirib. Məsələ burasındadır ki, birinci diviziona qatılmaq üçün 200 min manat bank təminatı olmalıdır.

"Bakı"nın avqustun 15-də toplaşacağı gözlənilir. Komandanın heyətinin əsasını akademiyanın yetirmələri təşkil edəcək.

 

Digər xəbərlər