ZAUR SVANADZE: "QƏBƏLƏ" İLƏ OYUNA ADİ QAYDADA HAZIRLAŞIRIQ"

ZAUR SVANADZE: "QƏBƏLƏ" İLƏ OYUNA ADİ QAYDADA HAZIRLAŞIRIQ"
Futbol
10 Avqust 2016 - 16:53
"Qəbələ" ilə oyuna hazırlaşan "İnter"in baş məşqçisi Zaur Svanadze Supersport.Az-a açıqlama verib.

Gürcü mütəxəssis rəqibin güclü komanda olduğunu bildirib:

"Növbəti turun qarşılaşmasına adi qaydada hazırlaşırıq. Məşq prosesi həmişəki kimi davam edir. Komandada zədəli futbolçularımız yoxdur. "Qələbə" çox yaxşı komandadır. Bu faktı çoxdan təsdiqləyib. "Qəbələ" ötən il Avropa Liqasının qrup mərhələsində oynayıb, indi də bu uğuru yenidən təkrarlaya bilər. Biz Qəbələ klubuna Avropa Liqasında uğurlar arzulayırıq. Bu komandanın necə oynadığını bilirik və həmin oyuna ciddi hazırlaşacağıq. Oyun həmişə olduğu kimi, çətin olacaq. Bütün oyunlar bizim üçün ağır olur. Növbəti oyunda müsbət nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Qəbələ" - "İnter" oyunun avqustun 12-də saat 20:00-da "Dalğa Arena"da başlayacaq.  

Digər xəbərlər