XANIM GÜLƏŞÇİLƏRİMİZ BRAZİLİYAYA YOLLANDI

XANIM GÜLƏŞÇİLƏRİMİZ BRAZİLİYAYA YOLLANDI
Olimpiya, Rio-2016, Digər
10 Avqust 2016 - 00:29
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları 14-21 avqust tarixlərində baş tutacaq.

Supersport.Az xəbər verir ki, sərbəst və yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri artıq Braziliyadadır. Güləşçilərimiz Rio-de-Janeyro şəhərində Kuba yığma komandaları ilə birgə təlim-məşq toplanışında iştirak edir.

Bu gün isə Olimpiadada iştirak edəcək qadın güləşçilərimiz Rio-de-Janeyroya yola düşüb. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Mariya Stadnik (48 kq), Nataliya Sinişin (53 kq) və Yuliya Ratkeviç (58 kq) Olimpiadada mübarizə aparacaq. Qadın güləşçilərin mübarizəsi avqustun 17-18-də baş tutacaq.

Xatırladaq ki, Mariya Stadnik Pekin Olimpiadasında bürünc, London Olimpiadasında gümüş medal qazanıb. Yuliya Ratkeviç isə London Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

MARİYA STADNİK ANJEL

Digər xəbərlər