POQBA 6-NI SEÇDİ

POQBA 6-NI SEÇDİ
Futbol
10 Avqust 2016 - 08:25


Pol Poqbanın yeni klubu "Mançester Yunayted"də forma nömrəsi müəyyənləşib.

Supersport.Az-ın klubun "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, 23 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"də 6 nömrəli forma ilə çıxış edəcək. Bundan əvvəl bu forma Conni Evansa məxsus idi.

Qeyd edək ki, P.Poqba "Mançester Yunayted"ə rekord qiymətə - 105 milyon avroya transfer olunub.

Digər xəbərlər