"İNTER" - "QƏBƏLƏ" OYUNUNUN YERİ DƏYİŞDİRİLDİ

"İNTER" - "QƏBƏLƏ" OYUNUNUN YERİ DƏYİŞDİRİLDİ
Futbol
10 Avqust 2016 - 02:10
"Qəbələ” klubu Peşəkar Futbol Liqasına məktub ünvanlayıb.
Supersport.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, klub II turda üz-üzə gələcəyi "İnter”in stadionunun süni örtüklü olmasını əsas gətirərək, matçın yerinin dəyişdirilməsini xahiş edib.
Buna səbəb kimi komandanın Avropa Liqasının pley-off mərhələsində "Maribor” (Sloveniya) klubu ilə hər iki görüşünün təbii örtüklü stadionda keçiriləcəyi göstərilib.

"Qəbələ”nin beynəlxalq miqyaslı oyunlarını nəzərə alan PFL "İnter” klubunun razılıq məktubuna əsasən sözügedən oyunda "Qəbələ”nin meydan sahibi olmasına və matçın "Dalğa Arena”da keçirilməsinə razılıq verib.

Qeyd edək ki, oyun avqustun 12-də keçiriləcək.

Digər xəbərlər