"ZİRƏ"NİN PREZİDENTİ İSTEFA VERDİ

"ZİRƏ"NİN PREZİDENTİ İSTEFA VERDİ
Futbol
10 Avqust 2016 - 01:42
Vüqar Astanov "Zirə" klubunun prezidenti vəzifəsindən ayrılıb.

Supersport.Az "Zirə"nin saytına istinadən xəbər verir ki, klub təsisçilərinə müraciət edən Astanov işlərinin çoxluğu ilə əlaqədar vəzifəsindən ayrılmaq istədiyini bildirib.

"Zirə"də prezident vəzifəsini müvəqqəti olaraq, icraçı direktor Natiq İsmayılov yerinə yetirəcək.

"Zirə" klubun inkişafında və qazandığı uğurlarda böyük əməyi keçən Vüqar Astanova gördüyü işlərə görə təşəkkür edib.

 

Digər xəbərlər