"QARABAĞ" - "QÖTEBORQ" MATÇININ VAXTI DƏQİQLƏŞDİ

"QARABAĞ" - "QÖTEBORQ" MATÇININ VAXTI DƏQİQLƏŞDİ
Futbol
09 Avqust 2016 - 10:39


Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" – "Qöteborq" qarşılaşmasının başlama vaxtı açıqlanıb.

Supersport.Az saytının məlumatına görə, avqustun 25-də keçiriləcək cavab oyunu saat 20:30-da başlayacaq. Görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Qeyd edək ki, "Qarabağ"la "Qöteborq" arasında ilk oyun avqustun 18-də keçiriləcək. Qöteborqun "Qamla Ullevi" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Digər xəbərlər