ROMAN QRİQORÇUK: "LEGİONER LİMİTİNİ FAYDASIZ HESAB EDİRƏM"

ROMAN QRİQORÇUK: "LEGİONER LİMİTİNİ FAYDASIZ HESAB EDİRƏM"
Futbol
08 Avqust 2016 - 22:00
Premyer Liqanın 2016-2017-ci illər mövsümünün I turunun "Qəbələ" - "Kəpəz" oyunundan (2:0) sonra "qırmızı-qaralar"ın ukraynalı baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib.

"Rəşad Sadiqovun əvəzlənməsi ilə nəticələnən zədənin hansı dərəcədə olduğunu hələ bilmirik. O, təcrübəli futbolçudur və öz orqanizminə yaxşı bələddir. İnanmıram ki, o, ciddi zədəyə imkan versin. Hesab edirəm ki, bu, sadəcə ağrılar idi və Sadiqov vaxtında meydanı tərk etdi. Digər əvəzetmələri şərh etmək istəmirəm. Hər görüşdə 3 belə imkanımız olur və həmişə bunun səbəblərini açıqlamağa ehtiyac yoxdur. Belə qərar verdim. Oyunu dəyişməyin lazım olduğunu hesab etdim və bu üzdən əvəzetməyə əl atdım. Heç vaxt "belə etsəydik, necə olardı" kimi suallara vaxt sərf etmirəm. Təhlil edib, həmin an üçün lazım olan qərarı verirəm. Növbəti turdakı rəqibimiz "İnter"in "Qarabağ"la matçını izləməmişəm. Çünki öz hazırlığımız və digər işlərimizin çoxluğu buna imkan vermir. Rəqibin oyununa baxıb, təhlil edəcəyik. Bunadək isə öz oyunumuzu analiz etməliyik. Legioner limitini faydasız hesab edirəm. Lakin bununla bağlı qərar qəbul olunub və buna hörmətlə yanaşıb, mövcud əsasnaməyə riayət edirik. Heyəti də buna uyğun qurmalıyıq".

Digər xəbərlər