RİO-2016: VELOSİPEDÇİMİZ 35-Cİ OLDU

RİO-2016: VELOSİPEDÇİMİZ 35-Cİ OLDU
Olimpiya, Rio-2016
08 Avqust 2016 - 10:26
Rio Yay Olimpiya Oyunlarında daha bir idmançımız mübarizəyə qoşulub.

Supersport.Az-ın məlumatına görə, qadın velosipedçimiz Yelena Pavluxina qrup ötüşməsində 35-ci olub. O, finiş xəttini çempion olmuş hollandiyalı Anna Van Der Breqendən 7 dəqiqə, 38 saniyə sonra keçib.

Qeyd edək ki, starta çıxan 68 velosipedçinin yalnız 50 nəfəri 136,9 km məsafəni qət edə bilib. Qalan 18 nəfər isə mübarizəni yarımçıq dayandırıb.

Digər xəbərlər