RƏŞAD SADİQOV: "BU, SÜRPRİZ DEYİL" - VİDEO

RƏŞAD SADİQOV: "BU, SÜRPRİZ DEYİL" - VİDEO
Futbol, Video
05 Avqust 2016 - 10:49
"HƏM "QƏBƏLƏ"Nİ SEVƏNLƏRİ, HƏM DƏ SEVMƏYƏNLƏRİ SEVİNDİRMƏK İSTƏYİRİK"

Supersport.Az Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Lill"i mübarizədən kənarlaşdıran "Qəbələ"nin kapitanı Rəşad Sadiqovun fikirlərini videogörüntüyə alıb.

Təcrübəli futbolçu, belə rəqibi məğlub etməyin sürpriz olmadığını bildirib:

"Açığı, mən buna sürpriz deməzdim. Sürpriz bir oyunda olar. Fransada heç-heçə etdik, burda da qələbə qazandıq. Bundan əvvəl də MTK Budapeşti iki oyunda da məğlub etmişdik. Komandamız yaxşı formadadır. əlimizdən gələni edəcəyik ki, qrup mərhələsinə vəsiqə qazanaq. İstəyirik ki, həm "Qəbələ"ni sevənləri, həm də sevməyənləri sevindirək".

Digər xəbərlər