TALE HEYDƏROV TARİXİ QƏLƏBƏNİ ŞƏRH ETDİ - VİDEO

TALE HEYDƏROV TARİXİ QƏLƏBƏNİ ŞƏRH ETDİ - VİDEO
Futbol, Video
05 Avqust 2016 - 02:05
Supersport.Az Avropa Liqasının üçüncü təsnifat mərhələsində Fransanın "Lill" komandasını mübarizədən kənarlaşdıran Azərbaycanın "Qəbələ" klubunun prezidenti Tale Heydərovum fikirlərini videogörüntüyə alıb.

Tarix zəfəri şərh edən Heydərov, qələbənin çətinliklə qazanıldığını, pley-offda da güclü rəqiblə qarşılaşacaqlarını bildirib:

"Bu gün komandamız tarix yazdı. "Qəbələ" "Lill" kimi güclü komandanı məğlub etdi. Əlbəttə ki, belə qələbənin qazanılmasında möhtəşəm azarkeş və jurnalistlərin dəstəyinin xüsusi rolu oldu. Buna görə hamıya təşəkkür edirəm. Ancaq arxayınlaşmaq olmaz. Bizi qarşıda yenə güclü rəqib gözləyir".


 

 

Digər xəbərlər