KARATE OLİMPİYA İDMAN NÖVÜ OLDU

KARATE OLİMPİYA İDMAN NÖVÜ OLDU
Karate, Digər
04 Avqust 2016 - 11:37
Rio-2016 öncəsi Beynəlxalq Olimpiya Komitəsinin 129-cu sessiyası keçirilib.

Supersport.Az xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan tədbirdə beş idman növü ilə bağlı vacib qərarlar qəbul olunub.

Belə ki, 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına 5 yeni idman növünün daxil edilməsi barədə qərar verilib. Bunlar karate, qayaya dırmanma, serfinq, beysbol və skeytbordinqdir.

Qeyd edək ki, bu idman növləri arasında Azərbaycan üçün ən çox önəm daşıyan karatedir. Çünki ölkəmizdə bu idman növü üzrə Rafael Ağayev kimi məşhur karateçimiz var. Eyni zamanda Azərbaycan həm də güclü karate məktəbi ilə fərqlənir.

Digər xəbərlər