QƏNİRƏ PAŞAYEVA: "QARABAĞ"I TƏBRİK ETDİK, TƏSƏLLİ VERMƏDİK" - VİDEO

QƏNİRƏ PAŞAYEVA: "QARABAĞ"I TƏBRİK ETDİK, TƏSƏLLİ VERMƏDİK" - VİDEO
Futbol, Video
03 Avqust 2016 - 08:07
Supersport.Az "Qarabağ" - "Viktoriya" (1:1) oyunundan sonra maraqlı açıqlama verən millət vəkili Qənirə Paşayevanın fikirlərini videogörüntüyə alıb.


"Viktoriya" ilə qarşılaşmada sona qədər "Qarabağ"a azarkeşlik etdik. Bu klubun hər kəsin qəlbində yeri başqadır. "Qarabağ"a Azərbaycanda azarkeşlik etməyən insan yoxdur" deyən xanım deputat, komandanı təbrik etdiyini bildirib:

"Qurban Qurbanov başda olmaqla hər kəsi təbrik etdim. Qurban müəllim çox gözəl komanda yaradıb. Futbolçular çox yaxşı çıxış etdilər. Amma təəssüflər olsun ki, qələbə qazanmaq mümkün olmadı. "Qarabağ"ı təbrik etdik, təsəlli vermədik. Çünki təsəlli verəcək durum yoxdur".

Qənirə Paşayeva hesab edir ki, "Qarabağ"ın Çempionlar Liqası ilə vidalaşması bəxtsizliklə bağlıdır:

"Hər kəs gördü ki, "Qarabağ" bu oyunda qələbə qazanamlıydı. Rəqibin heç-heçəyə nail olması bizim şansızlığımızdır. Çempionumuz fərqli hesabla qələbə qazanmalı idi. Lakin Avropada mübarizə davam edir. İndi komandanı tənqid etmək asandır. Futbolçular da nəticəyə görə çox məyusdurlar".

Millət vəkili azarkeşlərin stadionu tez tərk etməsindən narazı olduğunu qeyd edib:

"Qarabağ"a dövlət dəstəyi olur və gələcəkdə də olacaq. İndiki məqamda komandaya azarkeş dəstəyi də artmalıdır. Qardaş Türkiyədə klubların ayaqda durmasında azarkeşlərin böyük rolu var. Hər kəs kluba daha çox dəstək olmalıdır. Bu oyunda 85-ci dəqiqədə bəzi azarkeşlər stadionu tərk etdilər. Halbuki komandanı sona qədər dəstəkləmək lazımdır. "Qarabağ"ı tənqid etmək istəmirəm. Bu oyunda komanda özünü yaxşı tərəfdən göstərdi".

Digər xəbərlər