EKSKLÜZİV - "QARABAĞ"DA CİDDİ İTKİ

EKSKLÜZİV - "QARABAĞ"DA CİDDİ İTKİ
Futbol, Eksklüziv
31 İyul 2016 - 06:34
maksim3

Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda "Viktoriya"nı sınağa çəkəcək "Qarabağ"ın aparıcı futbolçusu zədə alıb.

Söhbət Azərbaycan çempionunun 26 yaşlı müdafiəçisi Maksim Medvedevdən gedir.

Təcrübəli futbolçu, fərdi məşqlə kifayətlənmək məcburiyyətində qalıb. Maksimin Çexiya çempionu ilə cavab qarşılaşmasında iştirakı sual altındadır.

Qeyd edək ki, "Qarabağ"ın aparıcı üzvü Çempionlar Liqasında keçirilən "Düdelanj"la hər iki, "Viktoriya" ilə ilk görüşdə 90 dəqiqənin sonuna qədər mübarizə aparıb.  

Digər xəbərlər