"NEFTÇİ" RƏQİBİNİ DARMADAĞIN ETDİ

"NEFTÇİ" RƏQİBİNİ DARMADAĞIN ETDİ
Futbol
30 İyul 2016 - 20:03
"Neftçi” PFK-nın əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Əvəzedicilər "Sabunçu” klubu ilə qarşılaşıblar. "Dalğa Arena”nın ehtiyat meydançasında baş tutmuş görüşdə "Neftçi" 6:0 hesabı ilə qalib gəlib. Qollardan ikisini Bahadur Həziyev vurub. Ruzigar İbrahimzadə, Vüsal Hüseynov, Orxan Sabirbəyli və Əli Şirinov isə hərəyə bir dəfə fərqləniblər.

Digər xəbərlər