"ATLETİKO" QAMEYRONU TRANSFER ETDİ

"ATLETİKO" QAMEYRONU TRANSFER ETDİ
Futbol
30 İyul 2016 - 12:30
"Atletiko" "Sevilya"dan Kevin Qameyronun transferini rəsmiləşdirib.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, fransalı hücumçusu ilə illik müqavilə imzalanıb.

Bu gün tibbi müayinədən keçəcək 29 yaşlı futbolçunun transferi Madrid klubuna 32 milyon avroya başa gəlib. "Atletiko" daha 5 milyon avronu "Sevilya"ya müxtəlif bonuslar şəklində ödəyəcək.

Qeyd edək ki, 2013-cü ildən "Sevilya"da çıxış edən Qameyro keçirdiyi 92 oyunda 39 qol vurub.

Digər xəbərlər