"LİLL" - "QƏBƏLƏ": OYUNU YARIMÇIQ YAYIMLAYAN TELEKANAL ÜZR İSTƏDİ

"LİLL" - "QƏBƏLƏ": OYUNU YARIMÇIQ YAYIMLAYAN TELEKANAL ÜZR İSTƏDİ
Futbol
29 İyul 2016 - 02:35
Supersport.Az-ın məlumatına görə, "CBC Sport" telekanalı "Lill" - "Qəbələ" oyununu tamaşaçılara canlı təqdim edərkən baş verən problemlə bağlı bəyanat yayıb.

"Hörmətli, "CBC Sport" tamaşaçıları, bizdən asılı olmayan səbəblərə görə "Lill" - "Qəbələ" oyununun yayımı 86-cı dəqiqədə dayandı. Fransalı həmkarlarımızın  Lill şəhərindən ötürdüyü siqnalda texniki problemlər yarandığı üçün matçı sonadək təqdim edə bilmədik. Buna görə, sizdən üzr istəyirik. Ancaq Fransa tərəfi ilə danışıqlardan sonra bütünlükdə oyunun yayımını təqdim etməyə çalışacağıq".

Xatırladq ki, matç 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Digər xəbərlər