"LİLL" - "QƏBƏLƏ": HAKİMLƏR MƏLUM OLDU

"LİLL" - "QƏBƏLƏ": HAKİMLƏR MƏLUM OLDU
Futbol
25 İyul 2016 - 22:24
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək "Lill" - "Qəbələ" oyununun hakimləri müəyyənləşib.

İyulun 28-də Fransada baş tutacaq görüşü polşalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Daniel Stefanski olacaq.

"Lill" - "Qəbələ" oyunu Lillin "Metropol" arenasında keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, komandalar arasında cavab oyunu avqustun 4-də Bakıda baş tutacaq.

UEFA Avropa Liqası. III təsnifat mərhələsi. İlk oyun

28 iyul

21:00. "Lill" (Fransa) - "Qəbələ"

Baş hakim: Daniel Stefanski (Polşa)

Baş hakimin köməkçiləri: Rafal Rostkovski, David İqor Qolis (hər ikisi Polşa)

Dördüncü hakim: Zbiqnev Dobrınin (Polşa)

Lill. "Metropol"

Digər xəbərlər