OLİMPİYA KƏNDİNDƏ AZƏRBAYCAN BAYRAĞI QALDIRILACAQ

OLİMPİYA KƏNDİNDƏ AZƏRBAYCAN BAYRAĞI QALDIRILACAQ
Olimpiya, Rio-2016
25 İyul 2016 - 14:56
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın Olimpiya millisi avqustun 1-də axşam saatlarında Rio-de-Janeyroya yola düşəcək.

Bu haqda gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Nazir bildirib ki, komandamız 14 saatlıq uçuşdan sonra avqustun 2-də səhər saat 09:30-da Braziliyaya çatacaq. Bir gün sonra Olimpiya Kəndində Azərbaycan idmançılarının salamlama və üçrəngli bayrağımızın qaldırılması mərasimi təşkil olunacaq. Komandamız böyük tərkibli heyətlərə daxildir. Ölkəmiz Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunacaq.

Millimiz Olimpiya Kəndində Portuqaliya və Slovakiya yığmaları ilə eyni binada məskunlaşacaq.

Digər xəbərlər