"QARABAĞ" ÇEXİYAYA YOLLANIR

"QARABAĞ" ÇEXİYAYA YOLLANIR
Futbol
25 İyul 2016 - 12:07




Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında səfərdə Çexiyanın "Viktoriya Plzen" klubunun qonağı olacaq "Qarabağ" səfərə yollanacaq.

Azərbaycan komandası bu gün saat 15:30-da Bakı - Plzen reysi ilə ölkəni tərk edəcək. Axşam saatlarında "Qarabağ"ın oyunun keçiriləcəyi şəhərə çatacağı gözlənilir.

Qeyd edək ki, sabah keçiriləcək "Viktoriya Plzen" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.



Digər xəbərlər