"İNTER" 4 QOLLA QALİB GƏLDİ

"İNTER" 4 QOLLA QALİB GƏLDİ
Futbol
25 İyul 2016 - 11:33
Supersport.Az-ın məlumatına görə, Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klubu növbəti yoxlama oyunu keçirib. "Gənclərbirliyi" FK-nın ikinci komandasıyla görüşdə "İnter" FK 4-0 hesabıyla qələbə qazanıb. Komandamızın heyətində Samir Zərgərov (2), Fuad Bayramov və Mirhüseyn Seyidov fərqləniblər.

Xatırladaq ki, ötən yoxlama matçlarında "İnter" Türkiyə Superliqa təmsilçisi "Kasımpaşa"nı 2:1 hesabı ilə məğlub edib, "Elazığspor"la qarşılaşmada meydanı 0:0 oynayıb.

Digər xəbərlər