YENİYETMƏLƏRİMİZ STOKHOLMDA 2 BÜRÜNC MEDAL QAZANDI

YENİYETMƏLƏRİMİZ STOKHOLMDA 2 BÜRÜNC MEDAL QAZANDI
Digər, Güləş
25 İyul 2016 - 11:22
İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı başa çatıb. Supersport.Az xəbər verir ki, yunan-Roma güləşçilərinin ilk yarış günündə yığmamız 2 bürünc medal qazanıb, Zaur Nuriyev (50 kq) və Ülvi Qənizadə (69 kq) fərqlənib.

Son yarış günündə 46, 54, 63, 76 və 100 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

100 kq çəki dərəcəsində mübarizə aparan Əli Əminzadə Litva və Türkiyədən olan rəqiblərini, ardınca isə Ermənistan təmsilçisini 38 saniyədə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Polşa idmançısına uduzan Əli bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Bolqarıstan idmançısına şans verməyən güləşçimiz Avropa çempionatının bürünc medalını qazanıb.

Məlumat üçün bildirək ki, Əli Əminzadə bir neçə gün bundan əvvəl sərbəst güləş yarışlarında da 100 kq çəkidə bürünc medal qazanıb.

46 kq
1/4 final - Fail İsgəndərov - Hüseyn Hüseynov (RUS) 0:9
1/8 final - Vilius Savickas (LTU) - Fail İsgəndərov 0:4
1/16 final - Fail İsgəndərov - Marius Bulgar (ROM) 8:0

54 kq
Təsəlliverici görüş - Nurlan Dadaşov - Raxman Tavmurzaev (RUS) 2:5
Təsəlliverici görüş - Nurlan Dadaşov - İvo İliev (BUL) 13:2
1/8 final - İrakli Dzimistaraşvili (GEO) - Nurlan Dadaşov 2:1
1/16 final - Adil Sadıqzadə - Vladislav Borisenko (UKR) 6:6*
1/16 final - Krisztian Vancza (HUN) - Nurlan Dadaşov 0:2

63 kq
1/8 final - Cavid Miralayev - Nika Korşia (GEO) 1:2
1/8 final - Elnur Əsədov - Kerim Maçakalaşvili (GEO) 1:3
1/16 final - Marek Hoos (SVK) - Elnur Əsədov 0:9
1/16 final - Daniel De Morais Ca (POR) - Cavid Miralayev 0:9
1/32 final - Patrick Algeier (GER) - Cavid Miralayev 1:5
1/32 final - Vasile Dosoftei (ROM) - Elnur Əsədov 4:6

76 kq
1/16 final - Filip Smetko (CRO) - Cavid Yusifov 2:1

100 kq
Bürünc medal görüşü - Valeri İvanov (BUL) - Əli Əminzadə 0:4
1/2 final - Əli Əminzadə - Gerard Kurniczak (POL) 1:5
1/4 final - Əli Əminzadə - Hovannes Mağakyan (ARM) 9:0 (38 san.)
1/4 final - Uğur Hacılı - Gerard Kurniczak (POL) 0:3
1/8 final - Muxamed Xaisam Maxud (UKR) - Uğur Hacılı 1:6
1/8 final - Davut Selim Olcan (TUR) - Əli Əminzadə 2:3
1/16 final - Roland Vatzi (HUN) - Uğur Hacılı 0:8
1/16 final - Əli Əminzadə - Redas Milasauskas (LTU) 5:0

Digər xəbərlər