ƏLİYAR AĞAYEVİN İDARƏ ETDİYİ FİNALDA DARMADAĞIN - VİDEO

ƏLİYAR AĞAYEVİN İDARƏ ETDİYİ FİNALDA DARMADAĞIN - VİDEO
Futbol, Video
25 İyul 2016 - 11:04
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 19 yaşadək futbolçular arasında Avropa çempionatının final matçını idarə edib.

Supersport.Az-ın məlumatına görə, həlledici qarşılaşmada Fransa və İtaliya yığmaları üz-üzə gəlib.

Almaniyanın Zinshaym şəhərindəki "Rhein-Neckar-Arena”da keçirilmiş qarşılaşma Fransa millisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0.

Əliyar Ağayev 2 dəfə fransızları, 5 dəfə isə italyanları sarı vərəqə ilə cəzalandırıb.


Digər xəbərlər