REYNALDO: "QARABAĞ" "VİKTORİYA"NI MÜBARİZƏDƏN KƏNARLAŞDIRMAQ GÜCÜNDƏDİR" - VİDEO

REYNALDO: "QARABAĞ" "VİKTORİYA"NI MÜBARİZƏDƏN KƏNARLAŞDIRMAQ GÜCÜNDƏDİR" - VİDEO
Futbol, Eksklüziv, Video
24 İyul 2016 - 17:35
Supersport.Az Azərbaycanda çıxış edən futbolçular arasında Avrokuboklarda ən çox qol vuran "Qarabağ"ın üzvü Reynaldo dos Santos Silvadan eksklüziv açıqlama alıb.

Avropa yarışlarında 10 qol imza atan braziliyalı forvard, daha çox fərqlənməyə çalışacağını bildirib:

"Bunun üçün əlimdən gələni edəcəyəm. Əsas məqsəd komandama daha çox fayda verməkdir".

Lüksemburqda "Düdelanj"la cavab oyununda "Qarabağ"ı məğlubiyyətdən xilas edən
Reynaldo bu haqda danışıb.

"Arxayınçılıqdan söhbət gedə bilməz. Biz yetərincə çalışmışdıq. Ancaq təəssüf ki,
oyun istədiyimiz kimi alınmadı. Bununla belə ən əsası iki qarşılaşmanın nəticəsinə görə qalib gələrək, növbəti
mərhələyə vəsiqə qazandıq".

"Qarabağ"ın daha bir məqsədinin "Viktoriya"nı mübarizədən kənarlaşdırmaq olduğunu qeyd edən 27 yaşlı futbolçu, növbəti raunda adlayacaqlarına inandığını vurğulayıb:

"Çempionlar Liqasında hədəfimiz daha yaxşı çıxış etməkdir. "Qarabağ" "Viktoriya"nı da mübarizədən kənarlaşdıra bilər. Ümid edirəm ki, azarkeşlərin dəstəyi ilə bu istəyimizi də reallaşdıracağıq".

Digər xəbərlər