AZƏRBAYCAN PREMYER LİQASININ PÜŞKÜNÜN VAXTI AÇIQLANDI

AZƏRBAYCAN PREMYER LİQASININ PÜŞKÜNÜN VAXTI AÇIQLANDI
Futbol, Eksklüziv
23 İyul 2016 - 06:34
Supersport.Az-ın əldə etdiyi məlumata görə, futbol üzrə Azərbaycan Premyer Liqasının 2016/2017-ci il mövsümünün püşkatma mərasiminin vaxtı məlum olub.

Püşk iyulun 26-da AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 12:00-da başlanacaq.

Bu haqda Supersport.Az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

Qeyd edək ki, 25-ci milli çempionatda 8 klub 4 dövrədə mübarizə aparacaq. Ötən mövsüm Premyer Liqada 10 komanda iştirak edib.

Digər xəbərlər