FİFA REFERİMİZ AVROPA ÇEMPİONATININ FİNAL OYUNUNU İDARƏ EDƏCƏK

FİFA REFERİMİZ AVROPA ÇEMPİONATININ FİNAL OYUNUNU İDARƏ EDƏCƏK
Futbol
23 İyul 2016 - 05:47
Azərbaycanlı FİFA referisi Əliyar Ağayevə böyük etimad göstərilib.

Belə ki, FİFA referisi olduqdan sonra bir sıra beynəlxalq turnirlərdə çox sayda oyun idarə etmiş gənc azərbaycanlı hakimə Avropa çempionatının final görüşünü idarə etmək həvalə olunub.

Supersport.Az-ın məlumatına görə, Əliyar Ağayev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının finalında baş tutacaq Fransa - İtaliya görüşünü idarə edəcək.

Almaniyada təşkil olunmuş turnirin final oyunu iyulun 24-də Sinsheim şəhərindəki "Rhein-Neckar-Arena"da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Digər xəbərlər