"VİKTORİYA" - "QARABAĞ": OYUNUN BAŞLAMA SAATI MÜƏYYƏNLƏŞDİ

"VİKTORİYA" - "QARABAĞ": OYUNUN BAŞLAMA SAATI MÜƏYYƏNLƏŞDİ
Futbol
21 İyul 2016 - 13:15


"Qarabağ"ın Çempionlar Liqasının  III təsnifat mərhələsində səfərdə "Viktoriya"ya qarşı keçirəcəyi ilk oyunun vaxtı məlum olub.

Supersport.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Plzen şəhərində yerləşən "Doosan Arena"da keçiriləcək görüş iyulun 26-ı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Qeyd edək ki, "Qarabağ" "Düdelanj"ı mübarizədən kənarlaşdıraraq ÇL-in III təsnifat mərhələsinə yüksəlib.

Digər xəbərlər