"QARABAĞ"IN 105 YAŞLI RƏQİBİNİ TANIYAQ

"QARABAĞ"IN 105 YAŞLI RƏQİBİNİ TANIYAQ
Futbol
21 İyul 2016 - 12:41
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" son Çexiya çempionu "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq.

Rəqib haqda ətraflı məlumatı təqdim edirik.

"Viktoriya" 1911-ci ildə Çexiyanın Plzen şəhərində yaradılmış futbol klubudur. Maraqlıdır ki, Azərbaycanın futbol tarixi də həmin ildən başlayır.

Bir neçə dəfə adını dəyişdirən klub son olaraq 1993-cü ildən hazırki adını daşıyır. Komanda Ev oyunlarını 11 min 722 tamaşaçı tutumu olan “Dusan Arena”da keçirir.

Plzen təmsiçisi 4 dəfə ölkə çempionu olmağı bacarıb (2010-11, 2012-13, 2014-15 ve 2015-16). İki dəfə Çexiya kubokunu qazanan (1970/71, 2009/10) "Viktoriya", iki dəfə də Super Kuboku (2010-11 ve 2015-16) başı üzərinə qaldırıb.

Çexiya klubu tarixi ərzində təsnifat mərhələsi də daxil olmaqla Çempionlar Liqasında 26 matçda 15 qələbə, 2 heç-heçə, 9 məğlubiyyət görüb. Avropa Liqasında isə meydana çıxdığı 34 qarşılaşmada 16 dəfə qələbə sevinci yaşayan çexlər, 7 matçdan sülhlə ayrılıb, 11 dəfə də meydanı məğlub tərk ediblər.

"Viktoriya" 20111/12-ci il mövsümündə tarixində ilk də ÇL-nın qrup mərhələsinə vəsiqə qazanmağı bacarıb. "Barselona" və "Milan"dan sonra qrupda 3-cü yeri tutan komanda mübarizəni Avropa Liqasında davam etdirib. Burada "Şalke"yə məğlub olan "göy-qırmızılar" çıxışını dayandırıb. 2012/13-cü il mövsümündə Avropa Liqasının qrupunda mübarizə aparan Plzen təmsilçisi "Atletiko" (İspaniya), "Akademika" (Portuqaliya) və "Hapoel"lə (İsrail) mübarizə aparıb. "Viktoriya" 1/16 finala vəsiqə qazana bilib və bu mərhələdə İtaliya “Napoli”sini mübarizədən kənarlaşdırıb. (3:0, 2:0) Çexiya təmsilçisi 1/8 finalda isə "Fənərbağça" (Türkiyə) qarşısında aciz qalıb (1:1, 0:1)

2013/2014 mövsümündə Çempionlar Liqasının qrupunda iştirak etmək hüququ əldə edən "Viktoriya" "Mançester Siti", SSKA və "Bayern" kimi klublarla qarşılaşmalı olub. Qrupda 3 xal toplayan və mübarizəni Avroliqada davam etdirmək imkanı qazanan "Viktoriya" əvvəlcə Ukrayna "Şaxtyor"unu mübarizədən kənarlaşdırsa da, daha sonra "Lion" səddini keçə bilməyib.

2014/2015 mövsümündə Avroliqada iştirak edən "Viktoriya" mübarizəyə III təsnifat mərhələsindən qoşulub. Bu mərhələdə Çexiya klubu Rumıniya "Petrolul"una "ilişib". (1:1, 1:4).

Ötən mövsümü isə "Viktoriya" Çempionlar Liqasının III təsnifat mərhələsində Təl-Əviv "Makkabi"si ilə bacarmayıb (2:1, 0:2). Plzen təmsilçisi Avroliqanın pley-off mərhələsində isə Serbiyanın "Voyvodina" klubunu mübarizədən kənarlaşdırıb (3:0, 2:0). AL-in qrup mərhələsinə vəsiqə qazanan Çexiya təmsilçisi "Dinamo” (Belarus), "Vilyarreal" (İspaniya) və "Rapid" (Avstriya) klubları ilə mübarizə aparıb, lakin növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Komandaya 2011-ci ildən yerli mütəxəssis olan Roman Pivarnik rəhbərlik edir. Maraqlıdı kir, "Viktoriya"nın heyətində cəmi 2 ölkədən olan futbolçular çıxış edir. Komandanın əsasını çexiyalılar təşkil edir. Onlarla yanaşı, "Viktoriya"da 5 slovakiyalı legioner var: Matuş Kozaçik, Patrik Hroşovski, Yakub Hromada, Mixal Duriş və Marek Bakoş.

Xatırladaq ki, "Qarabağ"ın "Viktoriya" ilə ilk oyunu 26 iyulda səfərdə, cavab matçı isə 1 həftə sonra Respublika stadionunda keçiriləcək.

Digər xəbərlər