"QARABAĞ" 3-CÜ MƏRHƏLƏDƏ

"QARABAĞ" 3-CÜ MƏRHƏLƏDƏ
Futbol
20 İyul 2016 - 21:55
Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir.

Supersport.Az-ın məlumatına görə, "Qarabağ" bu gün Lüksemburqda "Düdelanj"ın qonağı olub. Bakıda rəqibinə 2:0 hesabı ilə məğlub edən Azərbaycan çempionu növbəti mərhələyə çox yaxın idi. Bunun üçün Qurban Qurbanovun komandasını minimal hesablı məğlubiyyət də qane edirdi. Cavab oyununda əvəvlcə "Qarabağ"ın qapısına penalti təyin olunsa da, qolkiper Şehiç komandasını qoldan xilas edib. Bundan sonra "Düdelanj" hesabı açıb. Qoldan əvvəl top rəqib komandanın futbolçusunun əlinə dəysə də, şotland hakim Kevin Klansi buna göz yumub. Ancaq oyunun son saniyələrində Reynaldonun qolu "Qarabağ"ı məğlubiyyətdən qurtarıb.

"Qarabağ" III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

20 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu

20:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) 1-1 

İlk oyun - 0:2

"Düdelanj": Huber (k), Şnell, Da Mota, Dikaba, Ştolz, Nakaçe, Prempe, Melisse, Malget, Turpel, Ndaye

Ehtiyat oyunçular: Frizinq, Pokar,  İbrahimoviç, Benayba, Stelvio Da Kruz,  Laurentie, Deliynu

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Reynaldo,Muarem Muarem, Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov, Dani Kintana

Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Mahir Mədətov, Rahid Əmirquliyev, İlqar Qurbanov, Əfran İsmayılov,  Elvin Yunuszadə, Coşqun Diniyev

Baş hakim: Kevin Klansi

Köməkçi hakimlər: Stevenson Styuart və Karr Sin

Dördüncü hakim: Robertson Donald (hamısı Şotlandiya)
"Jos Nosbaum" stadionu.

Digər xəbərlər