"KƏPƏZ" "ADMİRA"YA YENƏ MƏĞLUB OLDU

"KƏPƏZ" "ADMİRA"YA YENƏ MƏĞLUB OLDU
Futbol
20 İyul 2016 - 21:47
Supersport.Az-ın məlumatına görə, bu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyununda Azərbaycanın "Kəpəz" klubu evdə Avstriyanın "Admira" klubunu qəbul edib. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan Şahin Diniyevin komandası həmin məğlubiyyətin əvəzini çıxmağa çalışıb.

Bu cütün qalibi III təsnifat mərhələsində Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq.

20 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu

20:00. "Kəpəz" (Azərbaycan) - "Admira" (Avstriya) 0-2


Qol: Xristoff Knasmeullener 17, Şmidt 76.

İlk oyun - 0:1


Baş hakim: Vitali Meşkov

Köməkçi hakimlər: Valeri Dançenko və Maksim Qavrilin

Dördüncü referi: Mixail Vilkov (hamısı Rusiya)

Bakı. "Dalğa Arena".

Digər xəbərlər