KAMRAN QULİYEV VƏ TUYQUN NADİROV İMTAHANDAN UĞURLA KEÇDİ

KAMRAN QULİYEV VƏ TUYQUN NADİROV İMTAHANDAN UĞURLA KEÇDİ
Futbol
18 İyul 2016 - 12:53
Supersport.Az-ın məlumatına görə, Bakıda UEFA Certificate in Football Management tədris kursunun sonuncu seminarı keçirilib.

Proqramın məqsədi UEFA-nın üzvləri və partnyorları arasında idman və xüsusilə futbol menecmenti üzrə biliklərin artırılmasıdır. Proqram UEFA və Lozanna Universitetindəki Swiss Graduate School of Public Administration (IDHEAP) dəstəyi ilə UEFA-nın üzvü olan müxtəlif ölkələrdə keçirilir.

Tədbirdə AFFA, Azərbaycan klubları və beynəlxalq futbol təşkilatlarının nümayəndələri, həmçinin İran, Qırğızıstan və Malayziya təmsilçiləri iştirak edib. İştirakçılar məşğələlər başa çatdıqdan sonra imtahan verib və müvafiq sertifikatlar təqdim olunub. Bu sırada "Sumqayıt"ın prezidenti Kamran Quliyev və "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov da var.

Digər xəbərlər