DEMBA BANIN AYAĞI QIRILDI - VİDEO

DEMBA BANIN AYAĞI QIRILDI - VİDEO
Futbol, Video
18 İyul 2016 - 10:50











Çin Super Liqasının 18-ci turunda "Şanxay Şenhua" - "Şanxay SİPG" matçında xoşagəlməz hadisə yaşanıb.


Supersport.Az xəbər verir ki, matçın 64-cü dəqiqəsində dəqiqəsində "Şanxay Şenhua"nın ulduz futbolçusu Demba Ba şanssızlıqla üzləşib. Seneqallı futbolçunun rəqib müdafiəçisi Xianq Sunla mübarizə zamanı sol ayaq biləyi sınıb.


Demba Banın əvəzinə isə oyuna Obafemi Martins daxil olub.


Qeyd edək ki, bu oyunda 2 qırmızı vərəqə və 1 penalti qeydə alınıb. Demba Ba oyunu tərk etdikdən sonra "Şanxay Şenhua" 2 qol vurub və qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.

 




Digər xəbərlər