MESSİNİN TÜRKİYƏYƏ SƏFƏRİ TƏXİRƏ SALINDI

MESSİNİN TÜRKİYƏYƏ SƏFƏRİ TƏXİRƏ SALINDI
Futbol
16 İyul 2016 - 11:45
"Barselona"nın argenatinalı ulduz futbolçusu Leonel Messinin Türkiyəyə səfəri baş tutmayıb.

Supersport.Az-ın məlumatına görə, Antalyada keçiriləcək dostluq görüşündə iştirak etmək üçün Türkiyəyə gəlməyə hazırlaşan Messi fikrindən daşınıb. Buna səbəb Türkiyədə baş verən son hadisələr olub.

Antalyada keçirilməsi nəzərdə tutulan dostluq görüşündə dünyanın bir çox məşhur futbol ulduzlarıyla yanaşı Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın da iştirakı nəzərdə tutulmuşdu.

Digər xəbərlər