MİLLİMİZ FİNALDA

MİLLİMİZ FİNALDA
Digər, Basketbol
15 İyul 2016 - 15:04


18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal oyunları keçirilib. Supersport.Az saytının məlumatına görə, Azərbaycan millisi Kosovo ilə qarşılaşıb. Tahir Baxşıyevin baş məşqçisi olduğu yığmamız bu görüşdə 77:66 (26:12, 16:22, 17:13, 18:19) hesabı ilə qalib gəlib. Millimizin heyətində Əkbər Məmmədov daha məhsuldar olub – 19 xal.

Bu qələbə ilə finala yüksələn komandamız həlledici görüşdə son çempion Andorra ilə görüşəcək. Sonuncular yarımfinalda meydan sahiblərini məğlub edib – 89:63. Yığmamız qrupdakı 59:69 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan və Andorra arasında final oyunu bu gün keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Digər xəbərlər