QURBAN QURBANOV: "KOMANDANIN PSİXOLOJİ DURUMU MƏNİ NARAHAT EDİR" - VİDEO

QURBAN QURBANOV: "KOMANDANIN PSİXOLOJİ DURUMU MƏNİ NARAHAT EDİR" - VİDEO
Futbol, Video
12 İyul 2016 - 00:58
"30 MİN AZARKEŞ GÖZLƏYİRƏM"

Supersport.Az Çempionlar Liqasının II təsnifat mərhələsində "Düdelanj"la oyun ərəfəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb.

"Oyuna yaxşı hazırlaşmışıq, rəqib haqda kifayət qədər məlumatımız var, oyunlarını da canlı izləmişəm. "F91 Düdelanj" yetərincə güclü komandadır, komandanın baş məşqçisi almaniyalıdır və Almaniya futbolunun nizam-intizamına uyğun futbolçular yığıb. Hər mövqedə yaxşı futbolçuları var, intizamlı oyun göstərirlər. Bunu özümüzü siğortalamaq üçün demirəm, biz də yaxşı nəticə qazanmağa çalışacağıq.

Reynaldonun meydanda olub-olmaması məlum deyil. Həkimlərin rəyi əsasında son qərarı verəcəyik.

Stadionun dolacağına inanıram. Hər kəsi stadiona dəvət edirəm".


 

 

Digər xəbərlər