ƏVVƏL "NEFTÇİ", SONRA "ŞKENDİYA"

ƏVVƏL "NEFTÇİ", SONRA "ŞKENDİYA"
Maqazin
11 İyul 2016 - 16:04
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Şkendiya" ilə keçiriləcək oyunu öncəsi "Neftçi"nin baş məşqçisi Vəli Qasımovun mətbuat konfransı təşkil olunacaq. Tədbir iyulun 13-də 8-ci km stadionunda saat 18:10-da başlanacaq. Konfransdan sonra, saat 18:30-da komandann media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.


Həmin gün "Şkendiya" klubunun baş məşqçisinin mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:40-da, məşq isə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, iyulun 14-də 8-ci  km stadionunda keçiriləcək "Neftçi" - "Şkendiya" oyunu saat 20:00-da başlanacaq.

Digər xəbərlər