Rəsul Çunayev dünya reytinqində birincidir

Rəsul Çunayev dünya reytinqində birincidir
Digər, Güləş
10 İyul 2016 - 12:01
Supersport.Az-ın məlumatına görə, Dünya Güləş Birliyi yunan-Roma güləşi üzrə yeni reytinqini açıqlayıb.

Siyahıda 8 pəhləvanımızın adı yer alıb.

Son dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, gümüş mükafatçı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb.

59 kq

1. İsmael Borrero Molina (Kuba) - Dünya çempionatı 1-ci yer (1)

2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)

66 kq

11. Həsən Əliyev - Avropa çempionatı 3-cü yer (71 kq) (11)

71 kq

1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq

12. Elvin Mürsəliyev - Avropa çempionatı 5-ci yer (11)

80 kq

1. Selcuk Cebi (Türkiyə) - İstanbul OO təs. mərhələ 1-ci yer, 75kq (1)

4. Rafiq Hüseynov - Qızıl Qran Pri 2-ci yer (4)

85 kq

4. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (4)

10. İslam Abbasov - Dünya Kuboku 1-ci yer (10)

98 kq-da 20 pəhləvan sırasında təmsilçimiz yoxdur.

130 kq

1. Riza Kayaalp (Türkiyə) - Dünya çempionatı 1-ci yer (1)

13. Sabah Şəriəti - Corneanu Int’l 1-ci yer (15)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Digər xəbərlər